× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Vakansiyalar

Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.

Vakansiya nömrəsi #112127
Vakansiyanın adı Matros
Vakansiyanın məqsədi Sıravi heyət üzrə gələcəkdə yaranacaq vakant yerlərin işçi ilə dərhal təmin edilməsi məqsədi ilə ASCO-nun Ehtiyat Kadr Bazasını formalaşdırmaq üçün
Qurumun adı ASCO-nun donanmaları
Qurumun struktur bölməsinin adı Üzən heyət
Qurumun ünvanı Bakı şəhəri, Zığ şossesi
Vakansiyanın kateqoriyası Sıravi heyət
Əməyin ödənilmə dərəcəsi Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər Təsdiqlənmiş ştat cədvəlinə uyğun
Əlavə ödənişlər: dəniz, səhra, ağır, zərərli və s. İş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və sair Qanunvericiliyə və əməyin ödənilməsi haqqında Əsasnaməyə uyğun olaraq
Əmək şəraiti Dəniz
İş vaxtının norması Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun
Sığorta təminatı Tibbi sığorta
İş yerinə çatdırılma Var
Təhsil səviyyəsi Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili
Tələb olunan minimum iş stajı Tələb olunmur
Tələb olunan kompüter bilik səviyyəsi MS Office (arzuolunandır)
Tələb olunan xarici dil bilik səviyyəsi Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
Hərbi xidməti Hərbi biletin təqdim edilməsi zəruridir
Əmək müqaviləsinin müddəti Müddətli
Vəzifə (peşə) təlimatı •Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək; •Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla); •Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq; •Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini; fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir.
Qeyd Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.
Vakansiyanın elan olunma tarixi 2023-03-06
Son müraciət tarixi 2023-04-06