Vakansiyalar
Seçim zamanı ADDA və ADK məzunlarına üstünlük veriləcək.
Vakansiya nömrəsi | #759230 |
Vakansiyanın adı | Aşpaz (2-ci kateqoriya) |
Qurumun adı | Dəniz Nəqliyyat Donanması |
Qurumun struktur bölməsinin adı | Üzən heyət |
Qurumun ünvanı | Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi-2236 |
Vakansiyanın kateqoriyası | Komandir heyət |
Əməyin ödənilmə dərəcəsi | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əmək haqqı və iş şəraitinə görə əlavə ödənişlər | Təsdiqlənmiş ştat cədvəlinə uyğun |
Əlavə ödənişlər : dəniz, səhra, ağır zərərli və s. iş şəraitinə görə əmək haqqına əlavələr, sosial ödənişlər və s | Ezamiyyət xərcləri əvəzinə günlük ödəniş ( USD ilə) |
Əmək şəraiti | Dəniz |
İş vaxtının norması | Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun |
Siğorta təminatı | Tibbi sığorta |
Təhsil səviyyəsi | Peşə təhsili (sahə üzrə) |
Tələb olunan sertifikatlar | • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən “Aşpaz” işləməsini təsdiq edən “İşçi diplomu”; • Aidiyyəti üzrə quru yük və tanker gəmilərində işləmək üçün tələb olunan sertifikatlar; • Dənizçinin qeyd kitabçası; • Dənizçinin şəxsiyyət sənədi. |
Tələb olunan minimum iş stajı | Aşpaz peşəsi üzrə ən azı 3 il |
Tələb olunan kompüter bilik səviyyəsi | Tələb olunmur |
Tələb olunan xarici dil bilik səviyyəsi | Rus dili (yaxşı) ; İngilis dili (arzuolunandır) |
Əmək müqaviləsinin müddəti | Müddətli |
Vəzifə (peşə) təlimatı | • Zəruri təchizatlar və kabinə ehtiyatları üzrə müvafiq müraciətlərin vaxtında hazırlanması; • Kambuz sahəsini və anbarları təftiş etmək və çatışmazlıqları bildirmək və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi; • Balanslaşdırılmış və qidalandırıcı menyunun planlaşdırılması və hazırlanması; yeməklərin hazırlanması və bişirilməsi; yeməyin servis edilməsinə nəzarət edilməsi; istifadə edilməmiş bişirilmiş yemək və ehtiyatların konservasiyasının idarə olunması; • Anbar otaqlarının və stokun mühafizəsinin təmin edilməsi; Limana giriş / yola düşmə sənədlərinin (gəminin ehtiyatlara dair siyahısı) doldurulması üçün tələb olunan bütün informasiyaların verilməsi və növbəti günlərdə istifadə üçün ehtiyatların müəyyən edilməsi; yerlərin, dar keçidlərin, salonların, kayut – kompaniyaların, kambuzların, anbarların və bufetlərin təmizliyinə nəzarət edilməsi. |
Tələb olunan bilik və bacarıqlar | Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsində “Aşpaz” peşəsinə aid bütün tələbləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir. |
Vakant ştat sayı | 5 |
Qeyd 1 | Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır. |
Qeyd 2 | Müsabiqə zamanı hərbi bilet tələb oluna bilər |
Vakansiyanın elan olunma tarixi | 2022-06-20 |
Son müraciət tarixi | 2022-07-20 |