× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Narkotik vasitələrə, spirtli içkilərə və qumar oyunlarına dair siyasət

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (mətndə Cəmiyyət) narkotik vasitələr, spirtli içkilər və qumar oyunları üzrə Siyasəti bütün ərazilərinə, gəmilərinə, işçilərinə və heyət üzvlərinə şamil olunur. Qanunla icazə verilən halda, Cəmiyyət narkotik vasitələrdən və spirtli içkilərdən istifadə yönümündə yoxlama hüququna malikdir (Dəniz/quru Mərhələ 1/2. Ref: SMS/TKİS 2.01 Paragraf 8.2 & SMS/TKİS 1.01 Paragraf 2.2).

NARKOTİK VASİTƏLƏR

Qanuni dərman preparatlarının xüsusi nəzarətsiz istifadəsi, icazə verilməmiş narkotik vasitələrin gəmilərdə/limanlarda/sahil obyektlərində işçilər və heyət üzvləri (hətta məzuniyyətdə olanlar) tərəfindən istifadəsi, saxlanması, paylanması və  satışı QADAĞANDIR.

Qanunsuz narkotik vasitə istifadəçiləri və ya yaxın zamanlaradək narkotik maddədən istifadə etmələri barədə məlumatlar olan, həmçinin reseptlə buraxılan dərman preparatlarından istifadə qaydalarını pozan şəxslər işə götürülməməlidir. Narkotik Vasitələr Siyasətini pozan hər hansı bir işçi aşkar edilərsə, O, DƏRHAL İŞDƏN AZAD EDİLƏCƏK VƏ HÜQUQİ MÜSTƏVİDƏ ÖLÇÜ GÖTÜRÜLMƏSİ ÜÇÜN MÜVAFİQ ORQANLARA TƏHVİL VERİLƏCƏK.

 SPİRTLİ İÇKİLƏR

Gəmilər açıq məkanda istismar olunurlar və burada bütün heyət üzvlərinin sağlamlığına, gəminin təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Bu səbəbdən bütün gəmilərdə heyət üzvləri və sərnişinlər tərəfindən spirtli içkilərin qəbulu QƏTİQADAĞANDIR. Səbəbindən asılı olmayaraq Cəmiyyətin heç bir gəmisində, sahil və quru obyektlərində spirtli içkilərdən istifadəyə İCAZƏ VERİLMİR.

QUMAR OYUNLARI

Cəmiyyətin gəmiləri, sahil və quru obyektlərində bütün sahil işçiləri və gəmi heyəti üzvləri birgə çalışmaqla sağlam və təhlükəsiz iş mühitini təmin edirlər. Gəmilərdə, sahil və quru obyektlərində işçilər arasında yaranan mübahisələr iş prosesini və ahəngini poza bilər. Bu baxımdan belə hallara əsas səbəbkar amillərdən biri sayılan bütün qumar oyunları QADAĞANDIR.

YUXARIDA QEYD OLUNAN QAYDA VƏ TƏLƏBLƏRİ POZAN ŞƏXSLƏR BARƏSİNDƏ  CƏMİYYƏT  İNZİBATİ  TƏDBİRLƏR  GÖRƏCƏK.