Enerjiyə qənaət siyasəti
Şirkət təsdiq edir ki, dizel və ağır mazut kimi mədən yanacaqlarının yanması çoxsaylı ətraf mühit təsirləri ilə nəticələnə bilər. Yanacaq yandıqda, karbon, azot və kükürd oksidləri kimi çirkləndiricilər atmosferə buraxılır. Onlar parnik qazı təsirlərinə və turşu yağışına səbəb olur. Yuxarıda qeyd edilən emissiyaların təsirinin azaldılmasının əsas üsulu mümkün qədər enerjiyə səmərəli şəkildə nəzarət etmək və qənaət etməkdir. Bunu aşağıdakıların təmin edilməsi ilə əldə etmək olar:
- Baş və köməkçi mühərriklər istehsalçı təlimatına əsasən istismar edilir.
- Baş və köməkçi mühərriklərin istehsalçı təlimatına və gəminin PMS (PTS) – ə əsasən düzgün texniki xidməti aparılır.
- Konus tipli tüstü borusunun monitorinqi düzgün aparılaraq səmərəli yanma təmin edilir.
- Sürət və ETA (GGV) üzrə fraxt sahibinin tələblərinin parametrləri daxilində qalmaqla, artıq yanacaq sərfiyyatının qarşısını almaq üçün sürət tənzimlənir.
- Artıq döyəcləmə və sərfiyyatın qarşısını almaq üçün fırtınalı havada sürət azaldılır.
- Tez – tez və artıq rumpel hərəkətinin qarşısını almaq üçün avtomatik pilot düzgün tənzimlənir.
- Gəminin dibinin vəziyyəti astarın çirklənmənin və zədənin əlamətlərinin olub – olmaması üçün müntəzəm təftiş edilir.
- Gəminin hərəkətvericisinin vəziyyəti zədə əlamətlərinin olub – olmaması üçün müntəzəm təftiş edilir.
- İşıqlandırma, ventilyasiya sistemləri, kambuz plitələri, buxar təchizatı daxil olmaqla yardımçı sistemlər tələb olunmadıqda söndürülür.
Şirkət aşağıdakılara tərəfdardır:
– Enerji iş keyfiyyətini davamlı təkmilləşdirmək;
– Məqsəd və hədəflərə nail olmaq üçün zəruri resursları təmin etmək;
– Hüquqi və şirkət daxili tələbləri yerinə yetirmək:
– Enerji məqsəd və hədəflərini müəyyən etmək və baxılmaq üçün bazanı təmin etmək;
– Enerji baxımından səmərəli məhsulları satın almaq;
– Təşkilatlar daxilində öz enerji siyasətini sənədləşdirmək və açıqlamaq;
– Müntəzəm olaraq öz enerji siyasətinə baxmaq və onu yeniləmək.