Risklərin İdarəedilməsi Komitəsi
ASCO-nun Nizamnaməsinin 3.2.38 və 7.1.17-ci bəndlərinə əsasən ASCO-nun 2014-cü il 11 dekabr tarixli 254 nömrəli əmri ilə ASCO-nun fəaliyyəti ilə bağlı risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunmasında səmərəliliyi artırmaq, bu sahədə qabaqcıl beynəlxalq şirkətlərin təcrübəsinin tətbiqini təmin etmək və bu əməliyyatlardan irəli gələn münasibətləri tənzimləmək məqsədilə ASCO-da Risklər üzrə Komitə (Komitə) və İşçi qrupu yaradılmış, onların əsasnamələri, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Risklərin idarə edilməsi siyasəti” təsdiq olunmuşdur.
Komitənin fəaliyyətinin əsas məqsədləri aşağıdakılardır:
- Risklərin idarə edilməsi sisteminin məqsədlərinin ASCO-nun məqsədlərinə uyğunluğunun təmin edilməsi;
- Risklərin idarə edilməsi sisteminin səmərəli işinin təşkil edilməsi;
- Risklərin idarə edilməsi çərçivəsində tabeliyində olan qurumların arasında səmərəli qarşılıqlı əlaqələrin təmin edilməsi;
- ASCO-nun riskləri haqqında məlumatların vaxtlı-vaxtında təqdim olunmasının, tamlığının və dəqiqliyinin təmin edilməsi;
- Risklər haqqında məlumatlar da nəzərə alınmaqla idarəetmə qərarlarının qəbul edilməsinin təmin edilməsi.
Komitənin funksiyaları aşağıdakılardır:
- Risklərin idarə edilməsi sisteminin inkişaf strategiyasının müəyyənləşdirilməsi;
- Risklərin əhəmiyyətlilik meyarlarının təyin edilməsi;
- Risklərin idarə edilməsi sistemi çərçivəsində metodoloji sənədlərin təsdiq edilməsi;
- Risklərin idarə edilməsi sisteminin işinə nəzarət;
- Risklərin statusunun monitorinqi və risklərin reallaşması haqqında məlumatlandırma sisteminin təşkil edilməsi;
- Risklərin idarə edilməsi üzrə İşçi Qrupunun və qurumlarda fəaliyyət göstərən risklərin idarə edilməsi üzrə məsul şəxslərin gördüyü tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi;
- Risklərin idarə edilməsi konspesiyasını, risklərin aşkar edilməsi, qiymətləndirilməsi və monitorinqi, eləcə də risklərin idarə edilməsi üzrə təlimatları, habelə illik Korporativ risklər xəritəsinin nəzərdən keçirilməsi və ASCO-nun sədrinə təsdiq olunmaq üçün təqdim edilməsi.