Korporativ İdarəetmə Məcəlləsi
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
Azərbaycan Respublikasının qanunvericiliyinə, ümumi qəbul olunmuş qabaqcıl beynəlxalq korporativ idarəetmə prinsip və qaydalarına uyğun olaraq ASCO-nun İdarə Heyəti iclasının 2016-cı il 30 dekabr tarixli 19 nömrəli protokolu ilə Korporativ İdarəetmə Məcəlləsi (Məcəllə) təsdiq edilmişdir. Məcəllə ASCO üzrə korporativ idarəetmənin əsaslarını müəyyən edərək, şəffaflığın və ASCO-nun fəaliyyətində aşkarlığın təmin edilməsi məqsədilə qəbul olunmuş ən qabaqcıl prinsip və müddəaları özündə əks etdirir və ASCO-nun icra orqanı, onun Müşahidə Şurasına aid funksiyalarını həyata keçirən dövlət qurumları, səhmdarları və maraqlı tərəfləri arasında bir sıra münasibətləri, o cümlədən səhmdarların hüquqlarının həyata keçirilməsi məqsədi ilə ASCO-nun idarə edilməsi ilə bağlı yaranan prosesləri, onları tənzimləyən normaları, habelə bu proseslərin iştirakçıları olan strukturları və şəxsləri əhatə edir. Korporativ idarəetmə təcrübəsinə uyğun olaraq sözügedən Məcəllə ASCO-nun idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini müəyyən etməklə, onların işinin effektiv təşkili və səhmdarların hüquqlarının qorunması üçün zəmin yaratmaqla ASCO-nun şəffaf fəaliyyətinin təmin olunmasına dair qaydaları təsbit edir. Məcəllədə həmçinin, effektiv məlumat açıqlanmasının praktiki qaydaları, etibarlı və şəffaf hesabatlılıq sisteminin təşkili baxımından daxili nəzarət və risklərin idarə edilməsinə dair tələblər də nəzərdə tutulmuşdur.
Məcəllə ASCO-ya, eləcə də onun tabeliyində olan və 100% payı (səhmi) ASCO-ya məxsus olan törəmə hüquqi şəxslərə tətbiq edilir. ASCO öz fəaliyyətində bu Məcəllənin tələblərinə riayət etməli, riayət edə bilmədikdə isə bu halı izah etməlidir.
Məcəllənin icrasına ASCO-nun İdarə Heyəti tərəfindən nəzarət edilir. Məcəllənin prinsip və tələblərinin pozulma halları İdarə Heyətinin iclaslarında hərtərəfli və diqqətlə araşdırılmalı və korporativ idarəetmənin təkmilləşdirilməsi üçün lazımi tədbirlər görülməlidir.