Daxili audit və nəzarət
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
ASCO-nun Nizamnaməsinin 9-cu bəndinə əsasən ASCO-nun idarə edilməsinin səmərəliliyinin artırılması və fəaliyyətinin inkişafı, onun bütövlükdə fəaliyyətinin, habelə ayrı-ayrı idarəetmə orqanlarının (struktur bölmələrinin) işinin qiymətləndirilməsi və istiqamətləndirilməsi məqsədilə ASCO effektiv hesabatlılığa və məlumatın açıqlanmasına təminat verən daxili nəzarət sistemini yaratmışdır. Daxili nəzarət çərçivəsində ASCO, eyni zamanda daxili audit fəaliyyətini həyata keçirir. Daxili audit fəaliyyətini həyata keçirən əməkdaşlar öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdir. ASCO-nun daxili audit fəaliyyəti ilə məşğul olan əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə 4 il iş stajına malik olmalıdır.
ASCO-nun bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.
Daxili audit aşağıdakıları yerinə yetirir:
- ASCO-nun, törəmə hüquqi şəxslərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və ASCO-nun daxili sənədlərinə uyğunluğunu yoxlayır;
- ASCO-nun təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi nəzarətini aparır;
- daxili audit yoxlamalarının nəticələri, habelə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında ASCO sədrinə məlumat və təkliflər verir;
- Azərbaycan Respublikasının qanunları və bu Nizamnamə ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
Daxili audit öz fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur:
- maliyyə hesabatının etibarlılığı və bütövlüyü;
- əməliyyatların effektivliyi və səmərəliliyi;
- aktivlərin qorunması;
- qanunvericiliyə və ASCO-nun daxili qayda və prosedurlarına riayət olunması