Müşahidə Şurası
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.
Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:
- ASCO-nun uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək, Azərbaycan İnvestisiya Holdinqinin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin fəaliyyətini qiymətləndirmək;
- İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan Respublikasının qanunları ilə yol verilməyən hallar istisna olmaqla, Müşahidə Şurasının üzvlərinin mükafatlandırılması qaydasını müəyyən etmək;
- ASCO-nun aparatının korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, törəmə və asılı təsərrüfat cəmiyyətlərini yaratmaq, onların nizamnamələrini təsdiq etmək, idarəetmə orqanlarının üzvlərini və rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- ASCO-nun Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- ASCO-nun risklərinin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq və onların əsasnamələrini təsdiq etmək;
- ASCO-nun mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək;
- ASCO-nun fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və səlahiyyət hədlərinə daxil etdiyi daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək;
- ASCO-nun illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, borcalmanın yuxarı həddini, maliyyə dayanıqlılığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək;
- borcun cəlb edilməsi üzrə səlahiyyət hədlərinin təsdiqi və öz səlahiyyətləri çərçivəsində borcun cəlb olunması barədə qərar qəbul etmək, kredit təşkilatlarından maliyyə vəsaitlərinin cəlb olunması və banklara maliyyə vəsaitlərinin qoyuluşu üzrə hədləri müəyyənləşdirmək;
- Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, ASCO-nun investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də ASCO-nun inkişaf strategiyasının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;
- ASCO-nun xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri ASCO-nun aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri ASCO-nun aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdlərin təsdiqi ilə bağlı qaydaları (hədləri) müəyyən etmək və öz səlahiyyət hədlərinə daxil etdiyi aidiyyəti şəxslərlə əqdləri təsdiq etmək;
- ASCO-nun büdcəsini, o cümlədən gəlirlər və xərclər smetasını təsdiq etmək və onun icrasına nəzarət etmək;
- ASCO-nun fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, ASCO-nun maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim olunması müddətlərini müəyyənləşdirmək;
- ASCO-nun fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
- ASCO-nun müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanılmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
- ASCO-nun Audit Komitəsinin, daxili audit xidmətinin və müstəqil auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görmək;
- ASCO-da mənfəətin və zərərin bölgüsünü, illik hesabatları və maliyyə hesabatlarını təsdiq edilməsi üçün Ümumi Yığıncağa təqdim etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, ASCO-nun aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanılmasına razılıq vermək;
- ASCO-nun filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- ASCO-nun dayanıqlı inkişafa dair hesabatını təsdiq etmək;
- Müşahidə Şurasının iclaslarının keçirilməsi qaydasını təsdiq etmək;
- ASCO-nun Nizamnaməsi, Azərbaycan Respublikasının normativ hüquqi aktları və Müşahidə Şurası haqqında Azərbaycan İnvestisiya Holdinqinin təsdiq etdiyi əsasnamə ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.