Ümumi yığıncaq
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
ASCO-nun ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2014-cü il 213 nömrəli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) fəaliyyətinin təşkili haqqında” Sərəncamına əsasən ASCO üzərində ümumi yığıncağa aid olan səlahiyyətləri aşağıdakı dövlət orqanları həyata keçirirlər:
Azərbaycan Respublikasının Prezidenti:
- ASCO-nun yenidən təşkili və ləğvi;
- ASCO-nun Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqi:
- ASCO-nun nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- ASCO-nun illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- ASCO-nun dividend siyasətinin təsdiq edilməsi;
- ASCO-nun qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- ASCO-nun xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.