× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Sərnişinlərin daşınma tarifləri

Bərə və Ro-Ro tipli gəmilərdə sərnişinlərin daşınma tarifləri
(Bir istiqamətdə, USD/1 sərnişin)
Kayutların dərəcələri Ələt (Bakı)-Türkmənbaşı-Ələt (Bakı) Ələt (Bakı)-Kurık-Ələt (Bakı)
2 yerlik kayut (1 nəfər üçün) 60

80

4 yerlik kayut (1 nəfər üçün) 55

70

6 yerlik kayut (1nəfər üçün) 50

60

     


QEYDLƏR:

  1. Biletin qiymətinə sərnişinin qidalanması daxildir.
  2. 5 yaşına qədər (5 yaş daxil olmaqla) uşaqların gedişi pulsuzdur. 6-yaşdan – 12 yaşa qədər (12 yaş daxil olmaqla) uşaqların gediş haqqına 50% endirim tətbiq edilir (müvafiq təsdiqedici sənəd təqdim olunduğu halda).
  3. Sovet İttifaqı Qəhrəmanları,Azərbaycanın Milli Qəhrəmanları və Şəhid ailələri üçün gediş pulsuzdur. (ildə bir dəfə hər iki istiqamətdə, müvafiq sənədlər təqdim edilməklə)
  4. Aşağıdakı şəxslərin gediş haqqına 50% endirim tətbiq edilir (ildə bir dəfə hər iki istiqamətdə, müvafiq sənədlər təqdim edilməklə):

1) 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Əfqanıstan Müharibəsi və Qarabağ Müharibəsi iştirakçıları

2) 20 yanvar və Çernobıl əlilləri

3) 1-ci və 2-ci qrup əlilləri ”

  1. Sərnişin, əldə etdiyi bileti qaytarmaq istəyərsə, bu haqda şəxsən özü gəmi limandan çıxmamışdan əvvəl şəxsiyyəti təsdiq edən sənədlə kassaya müraciət edərək həmin bilet üçün ödədiyi məbləği 100% həcmində geri ala bilər.
  2. Əgər sərnişin üzürlü səbəbdən (xəstəlik, bədbəxt hadisə, və s. – müvafiq sənəd təqdim etməklə ) şəxsən kassaya yaxınlaşa bilmədiyi halda, səfərə çıxa bilməyəcəyi haqda gəmi çıxmadan əvvəl Daşıyıcını məlumatlandırarsa, (sms və ya elektron poçtla – rekvizitlər aşağıda göstərilir),bu halda Daşıyıcı, gəmi çıxdıqdan sonra 72 saat ərzində Sərnişinə alınan biletin növbəti səfər biletinə dəyişdirmək və ya bilet dəyərini 100% həcmində geri almaq hüququ verir.
  3. Digər hallarda, Gəmi çıxdıqdan sonra istifadə edilməmiş biletin ümumi dəyəri Daşıyıcı tərəfindən geri qaytarılmır.
  4. Gəminin çıxış vaxtı, gömrük və sərhəd xidmətləri tərəfindən sərnişin keçid sənədləşməsinin bitməsi hesab olunur.
  5. Daşıyıcı onun nəzarəti altında olmayan hadisələr nəticəsində sərnişin daşınmalarına aid öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməsində gecikmələrə və ya icra edilməmələrə görə məsuliyyət daşımır. Belə hadisələrə hava şəraiti, təbii fəlakətlər, hərbi əməliyyatlar, terrorist hücumları, üsyanlar, texnoloji fəlakətlər, hökumət orqanları tərəfindən təyin olunmuş komendant saatları, həbslər və saxlanmalar və buna bənzər hadisələr daxildir. Bu halda Daşıyıcı Sərnişinə baş tutmayan səfər biletini növbəti səfər bileti ilə dəyişdirmək hüququ verir.
  6. Sərnişin 100 kq-a qədər əl yükü götürmək hüququna malikdir. Bu normadan artıq olan əl yükü göyərtə yüklərinin daşınması tarifi ilə hesablanacaqdır. Bu zaman həmin yükün palet üzərində qablaşdırılması tələb olunur.
  7. Ödəniş Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş günündəki ABŞ dolları məzənnəsi əsasında AZN ilə aparıla bilər.
  8. Daşıyıcı əl baqajının təhlükəsizliyinə məsuliyyət daşımır.

Ələt (Bakı)-Türkmənbaşı istiqamətində gedən sərnişinlər üçün əlaqə nömrəsi: +99455 9999 061

Ələt (Bakı)-Kurık (Aktau) istiqamətində gedən sərnişinlər üçün əlaqə nömrəsi: +99455 9999 124

Elektron ünvan: alatkassa@asco.az