× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri “Federasiya Kuboku” mübarizəsində uğurlu iştirak nümayiş etdiriblər

Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən yelkənçilər arasında “Federasiya Kuboku” uğrunda yarış təşkil olunub.

Yarışda “Laser Standart”, “Laser” və “Optimist” sinifləri üzrə yelkənçilər iştirak edib, həmçinin “Windsurf” sinfinin nümayişi olub.

İki gün davam edən Kubok mübarizəsinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri də qatılıblar.

Klubun təmsilçiləri uğurlu iştirak nümayiş etdiriblər. Belə ki, Mixail Protasov və Tofiq Abdullayev Federasiya Kuboku uğrunda mübarizədə “Laser Standart” sinfi üzrə birinci və ikinci yerləri bölüşüblər.

Yarışın ümumi nəticələrini təqdim edirik.

 

“Laser Standard” sinfinin nəticələri

1 Protasov Mixail Aleksandroviç

2 Abdullayev Tofiq Vadimoviç

3 Azizov Ruslan

 

“ Laser 4.7” sinfinin nəticələri

1 Ismayil Kerimov

2 Cavid Kerimov

3 Murad Allahverdi

 

“Optimist” sinfinin nəticələri

1 İsmayılov Ömər

2 Əzimov Səxavət

3 Ağazadə Fidan