Xəbərlər Akademik Xoşbəxt Yusifzadə” tankeri “Kaşaqan” neftinin Aktau-Bakı marşrutu ilə ilk nəqlinə cəlb olunub 20.03.2023 10:58 Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb. Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib. İlk partiyada tankerin anbarlarına ümumilikdə 6900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq. Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.