Təyinat və mükafatlandırma komitəsi
Təyinat və mükafatlandırma komitəsinin funksiyaları:
- İdarə Heyətinin ƏSG-lərinin siyahısı və hədəf dəyərlərinin, ƏSG-lərin icrasına dair hesabatın və nəticələrə əsasən təshih tədbirlərinin təsdiq edilməsi üçün Müşahidə Şurasına təqdim edilməsi;
- İdarə Heyətinin mükafatlandırma məbləğlərinin həcminin təsdiq edilməsi üçün Müşahidə Şurasına təqdim edilməsi;
- İdarə Heyətinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair tövsiyələrin hazırlanması;
- Daxili audit xidmətinin rəhbəri və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair tövsiyələrin hazırlanması;
- Daxili audit xidmətinin rəhbəri və üzvlərinin mükafatlandırma məbləğlərinin həcmi və şərtlərinə dair tövsiyələrin hazırlanması;
- Daxili audit xidmətinin rəhbəri və üzvləri də daxil olmaqla xidmətin fəaliyyətinin qiymətləndirilməsinə dair tövsiyələrin hazırlanması;
- Effektiv kadr siyasətinin, əməkhaqqı və mükafatlandırma sisteminin, eləcə də vəzifəli şəxslər və Cəmiyyətin işçilərinə sosial dəstəyin, onların peşəkar təlim və inkişaflarının təmin edilməsi;
- İdarə Heyətinin tabelilik/müstəqillik statuslarının müəyyən edilməsi;
- Kadr strategiyasının təhlili;
- Təyinat və mükafatlandırma komitəsinin planlarının təsdiq edilməsi;
- Fəaliyyəti ilə bağlı Müşahidə Şurasına müntəzəm hesabatların verilməsi;
- Müşahidə Şurasının tapşırığı ilə Təyinat və mükafatlandırma komitəsinin səlahiyyətlərinə aid olan digər vəzifələrin yerinə yetirilməsi.