İdarə Heyətinin üzvləri
- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik
Mübariz Mustafa oğlu Cabbarov
Mübariz Mustafa oğlu Cabbarov 1968-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olmuşdur. 1988-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini və 2002-ci ildə Novorossiysk Dovlət Dəniz Yolları Akademiyasını bitirmişdir.
1989-1996-cı illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində matros, kapitanın 3-cü və 2-ci köməkçisi işləmişdir. Daha sonra xarici gəmiçilik şirkətlərində kapitanın 2-ci köməkçisindən kapitana qədər yüksəlmişdir.
2004-2005-ci illərdə “BUE Caspian Ltd” şirkətində təhlükəsizlik üzrə inspektor, daha sonra isə təhlükəsizlik üzrə menecerin müavini vəzifəsində işləmişdir.
2006-cı ilin sentyabrından 2007-ci ilin iyulunadək Böyük Britaniyanın “CMİ Offshore Ltd” şirkətinin Qazaxıstan Respublikasındakı filialının idarəetmə üzrə meneceri, 2007-2017-ci illərdə həmin şirkətin Böyük Britaniya, Qazaxıstan və daha sonra Rusiya Federasiyasındakı ofislərinin direktoru vəzifəsində çalışmışdır.
2017-ci ilin iyulundan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasının rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Mübariz Mustafa oğlu Cabbarov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.