İdarə Heyətinin üzvləri
- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik
Rauf Göyüş oğlu Vəliyev
Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1990-1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisinə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi, 1997-ci ildən isə İdarə rəisinin xarici əlaqələr üzrə müavini vəzifələrində işləmişdir. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə isə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, iki övladı var.