Fərdi təqaüd
- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA), Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində (Kollec) təhsil alan tələbələrin təhsilə olan marağının daha da artırılması məqsədilə ASCO-nun 2017-ci il 16 noyabr tarixli 181 nömrəli əmri ilə “Azərbaycan Dövlət Dəniz Akademiyasının əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydaları” (Qaydalar) təsdiq edilmişdir. Tələbələrə təqaüd ASCO-nun vəsaiti hesabına ödənilir. Tələbələrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis edilən təqaüdlərin, adlı və digər bu kimi təqaüdlərin təyin edilməsi bu Qaydalar ilə müəyyənləşdirilən təqaüdlərin verilməsini dayandırmır.
Dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, tələbələrə təqaüd onların yüksək müvəffəqiyyət göstəriciləri nəzərə alınmaqla verilir. Təqaüdlərin məbləği ASCO-nun büdcəsində təqaüd üçün ayrılmış vəsaitin həcminə uyğun olaraq, ildə bir dəfə ASCO-nun mülahizəsinə əsasən müəyyən edilir. Qaydalara əsasən ADDA-da və Kollecdə ASCO tərəfindən müəyyən edilən ixtisaslar üzrə imtahan sessiyasının nəticələrinə əsasən (birinci tədris ilinin birinci semestri istisna olmaqla) hər bir fəndən qiyməti 91 baldan az olmamaqla, bütün fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrin siyahısı hazırlanır və ASCO-ya təqdim edilir. ADDA-ya 550 və ondan yüksək balla yeni qəbul olmuş tələbələr də həmin siyahıya daxil edilir və birinci tədris ilinin birinci semestrində onlara da təqaüd verilir. ADDA-ya 550 və ondan yüksək balla qəbul olmuş tələbələrə birinci tədris ilinin birinci semestrindən sonra təqaüd verilib-verilməməsi məsələsi həmin Qaydalara uyğun olaraq imtahan sessiyasının nəticələrinə əsasən müəyyənləşdirilir. Təhsil müəssisələri tərəfindən ASCO-ya təqdim edilmiş siyahıya uyğun olaraq təqaüdün təyin edilməsi, ödəniləcək məbləğ də qeyd edilməklə ASCO-nun müvafiq əmri ilə rəsmiləşdirilir.
Təqaüd aşağıdakı hallarda və həmin halların baş verdiyi gündən dayandırılır:
- Tələbənin müvafiq semestr ərzində hər hansı fənn üzrə göstəricisi 91 baldan az olduqda (növbəti semestrdə göstəricilər 91 bal və ya ondan yüksək olduqda tələbənin yenidən təqaüd almaq hüququ yaranır);
- Tələbə imtahan sessiyasına buraxılmadıqda (sonradan imtahana buraxıldıqda və göstəricilər 91 bal və ya ondan yüksək olduqda tələbənin yenidən təqaüd almaq hüququ yaranır);
- Tələbə ADDA-dan və ya Kollecdən xaric olunduqda;
- Tələbəyə şiddətli töhmət verildikdə.