× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Ümumi yığıncaq

ASCO-nun ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2014-cü il 213 nömrəli “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) fəaliyyətinin təşkili haqqında” Sərəncamına əsasən ASCO üzərində ümumi yığıncağa aid olan səlahiyyətləri aşağıdakı dövlət orqanları həyata keçirirlər:

Azərbaycan Respublikasının Prezidenti:

  • ASCO-nun yenidən təşkili və ləğvi;
  • ASCO-nun Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

 

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqi:

  • ASCO-nun nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
  • ASCO-nun illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
  • ASCO-nun dividend siyasətinin təsdiq edilməsi;
  • ASCO-nun qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
  • ASCO-nun xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.