"ASCO Nəqliyyat" MMC
- Haqqımızda
- Strateji hədəflər, missiya və dəyərlər
- Struktur
- Müşahidə Şurasının üzvləri
- İdarə Heyətinin üzvləri
- Hesabatlar
-
Korporativ idarəetmə
- Ümumi yığıncaq
- Müşahidə Şurası
- Müşahidə Şurasının komitələri
- İdarə heyəti
- İdarə heyəti yanında komitələr
- İctimai Məsləhətləşmələr Şurası
- Daxili audit və nəzarət
- Korporativ İdarəetmə Məcəlləsi
- Məlumatların açıqlanması
- Korrupsiya ilə mübarizə və biznes etikası
- ASCO-nun Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
- Biznes etikası məcəlləsi
- Korporativ sosial məsuliyyət
- Partnyorlarımız
- Beynəlxalq sertifikatlar və akkreditasiyalar
- Konfidensiallıq
- Qanunvericilik
“ASCO Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarına əsasən “ASCO Logistics” MMC və “ASCO Mühafizə” MMC-nin “ASCO Nəqliyyat” MMC-yə qoşulması yolu ilə “ASCO Nəqliyyat” MMC-nin yenidən təşkili nəticəsində yaradılmışdır.
“ASCO Nəqliyyat” MMC “ASCO Logistics” MMC, “ASCO Mühafizə” MMC və “ASCO Nəqliyyat” MMC-nin hüquqi varisidir.
Cəmiyyətin əsas fəaliyyət növləri aşağıdakılardır:
bütün növ avtonəqliyyat xidmətlərinin yerinə yetirilməsi, təsisçinin, onun törəmə hüquqi şəxslərinin, təşkilatlarının təsərrüfat, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün avtomobil və xüsusi texnika vasitələri ilə təmin olunması;
təsisçi və onun törəmə hüquqi şəxslərinin, təşkilatlarının təsərrüfat ehtiyacları üçün avtonəqliyyat vasitələri ilə sərnişin və yüklərin daşınması;
xüsusi texnika vasitələri ilə istehsalatda müxtəlif təyinatlı işlərin yerinə yetirilməsi;
təsisçi və onun törəmə hüquqi şəxslərinin, təşkilatlarının avtonəqliyyat vasitəsi ilə yük daşımalarına və digər nəqliyyat xidmətlərinə, habelə xüsusi texnikalar vasitəsilə yerinə yetiriləcək işlərə olan tələbatlarının proqnozlaşdırılması və bu tələbatın qarşılanması üçün tədbirlərin görülməsi;
balansında və ya istifadəsində olan, habelə kənar şəxslərə məxsus avtonəqliyyat vasitələri və xüsusi texnikalara texniki xidmət göstərilməsi, onların təchizatının və təmirinin həyata keçirilməsi;
kənar hüquqi və fiziki şəxslərə müxtəlif növ nəqliyyat xidmətlərinin göstərilməsi;
müxtəlif nəqliyyat növlərini cəlb etməklə müxtəlif təyinatlı yüklərin başlanğıc məntəqəsindən təyinat məntəqəsinə təhlükəsiz, qısa zaman ərzində və effektiv daşınmasının təşkil edilməsi, habelə yüklərin aralıq və digər məntəqələrdə boşaldılması, saxlanılması, qablaşdırılması, etiketləşdirilməsinin təşkili və digər xidmətlərin göstərilməsi;
yükgöndərənlərə və digər müştərilərə yüklərin bir məntəqədən digər məntəqəyə daşınması üçün optimal daşınma marşrutu, nəqliyyat növünün seçilməsi, qablaşdırılması və digər məsələlər ilə bağlı məsləhətlərin verilməsi;
yüklərin daşınması zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin göstərilməsi, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agenti və digər xidmətlərin təşkil edilməsi;
müxtəlif növ digər nəqliyyat və ekspedisiya xidmətlərinin göstərilməsi;
bütün növ nəzarət xidmətlərinin təşkili və həvalə edilən obyektlərin qorunması;
təsisçi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən qorunan obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi və ona nəzarətin həyata keçirilməsi;
nəzarət olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıqlarının layihələndirilməsi, quraşdırılması və ya onlara texniki xidmət göstərilməsi ilə bağlı təkliflərin verilməsi.