× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Strateji hədəflər, missiya və dəyərlər

Dəyərlərimiz

Personal – Təcrübəli üzən heyət və peşəkar komanda əsas dəyərimizdir;

Ətraf mühit – Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimum endirmək məqsədimizdir;

Təhlükəsizlik – Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir;

Keyfiyyətli Xidmət – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi olaraq, zəngin təcrübə əsasında yüksək keyfiyyətli yükdaşıma və çoxşaxəli ixtisaslaşmış ofşor xidmətlərinin təqdim edilməsinə təminat veririk;

Dayanıqlı inkişaf – Effektiv və səmərəli idarəetməyə malik gəmiçilik şirkəti olaraq, göstərdiyimiz xidmətlərin dəyər zəncirimiz boyu bütün maraqlı tərəflərimiz üçün əlavə dəyər yaratması məqsədilə fəaliyyətimizin bütün aspektlərində dayanıqlı inkişaf yolunu tutmuşuq.

Missiyamız:

Azərbaycan üzərindən tranzit yükdaşımalarda və respublikamızın strateji neft-qaz layihələrində ölkənin gəmiçilik xidmətlərinə olan tələbatını təmin etmək, dövlətin bu sahələrdə siyasətinə və Azərbaycanın regional nəqliyyat-logistika qovşağına çevrilməsinə töhvə vermək.

Məram:

Səmərəli fəaliyyət göstərən, dayanıqlı inkişafını və əməliyyatların təhlükəsizliyini təmin edən müasir gəmiçilik şirkətinin qurulması, Xəzərdə dövlət siyasətinin dəstəklənməsi ilə bərabər Xəzərdən kənarda beynəlxalq gəmiçilik fəaliyyətinin genişləndirilməsi.

Sloqan:

“Avropa və Asiya arasında Sizin ən qısa körpünüz”

Strateji hədəflər

Hədəf 1 – Nəqliyyat-ticarət donanmasının yenilənməsi, Azərbaycanın tranzit strategiyasına töhvə verilməsi

Hədəf 2 – İxtisaslaşmış ofşor donanmasının yenilənməsi və Xəzər dənizinin Azərbaycan sektorunda lider mövqenin qorunması.

Hədəf 3 – Xəzərdən kənar hövzələrdə fəaliyyətin genişləndirilməsi

Hədəf 4 – Ekoloji və sosial idarəetmə (ESG) sahəsində qabaqcıl təşəbbüslərin tətbiq edilməsi

Hədəf 5 - Rəqəmsal transformasiya və optimal təşkilati struktur

Hədəf 6 - Maliyyə stabilliyi və Səhmdara dəyərin yaradılması

 

ASCO-nun 2022-2030-cu illər üzrə Strategiyası Gəmiçiliyin Müşahidə Şurası tərəfindən qəbul edilmişdir.