ASCO İstiqraz
SCO illik gəliri 6% təşkil edən, 5 il müddətli istiqrazlarını təqdim edir. 100 min ədəd emissiya edilən istiqrazların hər birinin nominal qiyməti 1000 ABŞ dolları müəyyən edilib. Faizlərin ödənişi ildə iki dəfə 6 aydan bir olmaqla investorun bank hesabına köçürüləcək.
ASCO istiqrazları üzrə faiz ödənişləri ödəmə mənbəyində tutulan vergidən azaddır. İstiqrazları həm ilkin, həm də təkrar bazarda istənilən həcmdə almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar investisiya şirkətlərinə müraciət edərək istiqrazların alışına abunə yazılmalıdır. Abunə yazılışının müddəti 60 gün təşkil edir.
İstiqrazların ilkin bazarda yerləşdirilməsi başa çatdıqdan sonra investorlar onları istədikləri vaxt ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək sata bilərlər. Sizə zəmanətli qazanc vəd edən ASCO istiqrazlarını əldə etməyə tələsin!
ASCO istiqrazları – Uğurlu gələcəyə birgə yelkən açaq! Ətraflı məlumat üçün 1548 qısa nömrəsinə müraciət edə bilərsiniz.