Bizə yazın
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Apellyasiya Şurası haqqında Əsasnamə”yə əsasən Şura sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və onun strukturuna daxil olan qurumların qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxan, ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Şikayətə aşağıdakı hallarda Apellyasiya Şurasında baxıla bilməz:
- yuxarıda qeyd edilən fəaliyyət dairəsinə aid olmadıqda;
- şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozma əlamətləri müəyyən edildikdə (həmin əlamətlərə aid hissədə);
- “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Şura və ya Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;
- şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
- “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun 3.2.2-ci ,72.2-ci 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.
Tələb olunan xanaları doldurun !!
Müraciətiniz göndərilmədi. Zəhmət olmasa yenidən cəhd edin !!
Müraciətiniz göndərildi. Təşəkkür edirik.