ASCO-nun “qaynar xətti”nə 244 zəng daxil olub

19.05.2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dənizçilər poliklinikasında koronovirusla bağlı yaradılmış (050) 274 30 82 nömrəli “qaynar xətt”inə 28 fevraldan 18 mayadək ümumilikdə  244 zəng daxil olub.

Onlardan 117-si koronavirus və karantin, 127-si isə müxtəlif suallarla əlaqəli olub.  Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronovirusla bağlı fəaliyyət göstərən “qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunur və müraciətlər operativ şəkildə cavablandırılır.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet