ASCO-nun beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatı müsbət audit rəyi alıb

21.03.2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları hazırlanıb.

Hesabatı dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən Ernst & Young Holdings (CIS) B.V. şirkəti audit edib və müsbət rəy verib. Bildirilib ki, hesabat beynəlxalq standartlara uyğun hazırlanıb, bütün əhəmiyyətli aspektlər baxımından tələblərə tam cavab verir.

Sözügedən hesabat qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə ASCO-nun rəsmi internet səhifəsində ingilis dilində yerləşdirilib.

Hesabatla BURADAN tanış ola bilərsiniz.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet