ASCO-da “Təhlükəsizlik Günü” keçirilib

08.02.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) rəhbər şəxslər, bütün gəmilərə təhkim olunmuş hamiyəçi kapitan və mexaniklərin iştirakı ilə  “Təhlükəsizlik Günü” keçirilib.

Tədbirdə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Ələkbər Əzizli geniş təqdimat ilə çıxış edib. O, ötən il dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salıb, onların başvermə səbəblərindən danışıb.

Daha sonra 2018-ci ilin IV rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. Təhlükəsizlik, yanğın və ekologiya üzrə ümumi nöqsanlar diqqətə çatdırılıb, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib.  ASCO və struktura daxil olan donanmalarda keçirilmiş xarici və daxili auditin nəticələri, ötən ilin IV rübündə “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə 2018-ci ilin IV rübü üzrə KSƏTƏMM və Tibb müayinə statistikası ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə baş verə biləcək hadisələrin qarşısını almaq üçün hazırlanan maarifləndirici materiallar (videoçarxlar, bülletenlər) nümayiş edilib, 2018-ci ildə görülən işlər və 2019-cu ildəki hədəflərimiz kimi mövzular diqqət mərkəzində olub.

“Təhlükəsizik Günü”ndə ASCO sədri Rauf Vəliyev çıxış edib. O, Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, ASCO-da təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir.

Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizliklə bağlı keçirilən SƏTƏM təlimləri və onların əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. Müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığı xüsusi diqqətə çatdırılıb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet