ASCO-da stolüstü tennis turniri keçirilib

25.01.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) idmanın digər növləri kimi, stolüstü tennisə də maraq böyükdür.

ASCO əməkdaşları arasında Müstəqil Həmkarlar İttifaqı Komitəsinin idman zalında stolüstü tennis turniri keçirilib.  Yarışda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Xəzər Dəniz Neft Donanmasının, Dəniz Nəqliyyatı Donanmasının, İstehsalat Xidmətləri İdarəsinin, “Bibiheybət” Gəmi Təmiri Zavodunun, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun, Azərbaycan Dövlət Dəniz Akademiyasının ,  Təlim-Tədris Mərkəzinin, ASCO Mühafizənin  stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Cəbrayıl Qədimov 1- ci yer, Xəzər Dəniz Neft Donanmasının əməkdaşı Elmar Qafarov 2-ci yer, “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Elşən Kərimov 3-cü yerə layiq görülüb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet