ASCO-da dezinfeksiya işləri davam etdirilir

28.07.2020

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri  “Balakən”, “Naxçıvan”, “Akademik Həsən Əliyev”, “Şahdağ”, “Məmməd Süleymanov”, “Zirə”, “Aydın Məmmədov”, “TMİ-2”, “Şirvan”, “MPK-470”, “General Əliağa Şıxlinski”, “Bunkerovşik-4”, “Bunkerovşik-7”, “BMK-7649”, “Turan”, “General Əsədov”, “MPK-455”, “PS-153”, “PSK-38” gəmilərində eyni zamanda Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında, “Dənizçi” MTK-nın inşa etdiyi yeni yaşayış binalarında da  profilaktik dezinfeksiya işləri yerinə yetirilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet