ADDA-ya 2020-2021-ci il tədris ili üzrə tələbə qəbulunun nəticələri məlum olub

26.09.2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasına 2020/2021-ci tədris ilində Nazirlər Kabineti tərəfindən əvvəlcədən təsdiqlənmiş 200 plan yerindən 194-nə tələbə qəbul olub.

Bu il ADDA-ya qəbul olan tələbələrdən 2 nəfər 600-dən yuxarı bal toplayıb. 674,5 və 612,9 bal toplayan həmin abituriyentlər “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını (ingilis dilində tədris) seçiblər.

Abituriyentlərdən 17 nəfər 500-599, 47 nəfər 400-499, 107 nəfər 300-399, 21 nəfər isə 200-299 aralığında bal toplayaraq ADDA tələbəsi olmaq şansını qazanıb.

 7 nəfərdən başqa qalan tələbələr dövlət hesabına təhsil alacaq.

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ADDA-nın  “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasi üzrə 80 , “Gəmiqayırma və gəmi təmiri mühəndisıiyi” ixtisasi üzrə 15, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası  üzrə 80, “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə isə 25 yer nəzərdə tutulmuşdur.

Boş qalan 6 yer “Gəmi energetik qurğularının istismarı mühəndisliyi“ ixtisası (rus dilində tədris) üzrədir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet