ADDA tələbələri üçün seminar keçirilib

05.11.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün “Dəniz sənayesində tətbiq olunan keyfiyyət standartlarına giriş” mövzusunda seminar keçirilib.

İngilis dili bölməsinin birinci və ikinci kurslarından 40  tələbənin qatıldığı və  İki saat davam  seminarı kapitan Titos Giannakakis aparıb.

Seminar zamanı kapitan Titos Giannakakis tələbələrə nəqliyyat şirkəti üçün keyfiyyətin vacibliyi barədə məlumat verib.  Bildirib ki, dəniz şirkətlərində keyfiyyət standartlarının tətbiqi ümumi təhlükəsizlik göstəricilərinin yaxşılaşmasına,  müştəri məmnuniyyətinin artırıılmasına və resursların səmərəli idarəedilməsinə birbaşa təsir göstərən amillərdəndir.

Təlimçi onu da əlavə edib ki, beynəlxalq keyfiyyət standartlarının korporativ idarəetmədə tətbiqi strateji planlaşdırmanı asanlaşdırır.

Seminar interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet