2020/2021-ci tədris ilində ADDA-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

12.05.2020

2020/2021-ci tədris ili üçün abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may-5 iyun tarixi aralığında Dövlət İmtahan Mərkəzinin rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyyə edilmişdir.

Bunu nəzərə alaraq ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul XÜSUSİ TİBBİ YOXLAMA APARILMADAN KEÇİRİLƏCƏK.

Tələbə adını qazanmış abituriyentlər  yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet