Ümummilli Liderin 96 illiyi ilə əlaqədar dənizçilər Cocuq Mərcanlıda ağacəkmə aksiyası keçiriblər

10.05.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşlarından ibarət nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ağacəkmə kampaniyası keçirib.

ASCO-nun əməkdaşları əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, kənddəki məscid, “Bayraq meydanı”, “Qayıdış” parkı, eləcə də digər sosial obyektlərlə yaxından tanış olublar.

Daha sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib. Dənizçilər N saylı hərbi hissənin əsgər və zabitləri ilə birlikdə 100-dən çox çinar ağacı əkiblər.

Ağacəkmə kampaniyasında iştirak edən ASCO sədrinin müavini Nəzrəddin Əhmədzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan təbiətinə daim xüsusi önəm verib, onun qorunmasını ən vacib məsələlərdən sayıb.  Qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr müavini onu da əlavə edib ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi ASCO rəhbərliyinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Belə  nəcib aksiyalar bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet