Təlim Tədris Mərkəzində xarici tələbələr üçün seminar keçirilib

01.11.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində xarici tələbələr üçün seminar keçirilib.

“Beynəlxalq Dəniz Təşkilatının (İMO) Tənzimləmə Çərçivəsi vasitəsilə dəniz sənayesi üçün keyfiyyət standartlarının əlavə dəyəri” mövzusunda keçirilən seminarı kapitan Titos Giannakakis aparıb.

5 günlük təlim zamanı kurs iştirakçılarına Beynəlxalq Dəniz Təşkilatının təhlükəsizlik qaydaları, bu qaydaların dənizçilik sahəsindəki keyfiyyət standartlarına, davamlı inkişafa və idarəçiliyə təsiri barədə ətraflı məlumat verilib.

Seminar interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet