Elektron müraciət forması ilə əlaqədar qısa məlumat

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) 12 iyun 2014-cü il tarixli 99 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”na əsasən potensial malgöndərənlərin (podratçıların) müəyyən edilməsi üçün ASCO üzrə müvafiq baza yaradılır.

Potensial malgöndərənlərin (podratçıların) bazasına daxil olmaq üçün rəsmi məktub ünvanlamaqla yanaşı, aşağıda göstərilən elektron formanın doldurulması və tələb olunan sənədlərin yüklənməsi yolu ilə də müraciət edilə bilər. Rəsmi məktub və ya elektron formada daxil olmuş müraciətlər qeydiyyata alınır, qiymətləndirilir və qiymətləndirmənin nəticəsinə uyğun olaraq müraciətçilərin potensial malgöndərənlərin (podratçıların) bazasına (siyahısına) əlavə olunub-olunmayacağı barəsində Satınalmalar Komitəsi tərəfindən müvafiq qərar verilir. Təsdiq olunmuş potensial malgöndərənlərin (podratçıların) bazası əsasında və yaranmış təlabat üzrə müvafiq malgöndərənlər (podratçılar) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları”nın tələblərinə uyğun olaraq satınalma əməliyyatlarına dəvət edilir.

Qeyd: Müraciət formasında göstərilən bütün xanaların doldurulması və sənədlərin yüklənilməsi mütləqdir. Müraciət formasında göstərilən bütün xanalardakı məlumatlar və sənədlərin düzgünlüyünə / həqiqiliyinə görə müraciətçi məsuliyyət daşıyır və hər hansı yanlış və ya təhrif olunmuş məlumat aşkar olunarsa, müraciət qəbul edilməyəcək və ASCO-nun Etibarsız Qarşı Tərəflərin Reyestrinə daxil edilərək həmin müraciətçilərin ASCO-nun satınalma müsabiqələrində iştirakı qeyri-müəyyən müddətə məhdudlaşdırılacaqdır!

Müraciətiniz və əməkdaşlıq niyyətiniz üçün minnətdarıq!

fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...
fayl seç...

Göstərilmiş xanaları doldurmağınız xahiş olunur.

Müraciətiniz uğurla göndərilmişdir.Təşəkkür edirik!

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet