Dəyərlərimiz

Personal – Təcrübəli üzən heyət və peşəkar komanda əsas dəyərimizdir;

Ətraf mühit – Fəaliyyətimizin bütün aspektlərində ətraf mühitə təsiri minimum endirmək məqsədimizdir;

Təhlükəsizlik – Təhlükəsiz iş mühitinin yaradılması, yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması daim diqqət mərkəzindədir;

Keyfiyyətli Xidmət – Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi olaraq, zəngin təcrübə əsasında yüksək keyfiyyətli yükdaşıma və çoxşaxəli ixtisaslaşmış ofşor xidmətlərinin təqdim edilməsinə təminat veririk;

Dayanıqlı inkişaf – Effektiv və səmərəli idarəetməyə malik gəmiçilik şirkəti olaraq, göstərdiyimiz xidmətlərin dəyər zəncirimiz boyu bütün maraqlı tərəflərimiz üçün əlavə dəyər yaratması məqsədilə fəaliyyətimizin bütün aspektlərində dayanıqlı inkişaf yolunu tutmuşuq.

Missiyamız:

Beynəlxalq yüklərin ahəngdar və fasiləsiz axınının təmin edilməsi və Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasına töhvə verilməsi.

Məram:

Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdən kənarda əməliyyatların genişləndirilməsi.

Sloqan:

“Avropa və Asiya arasında Sizin ən qısa körpünüz”

 

Strateji hədəflər və məqsədlər

Hədəf 1 – Səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafını təmin edən müasir gəmiçilik şirkətinin qurulması.

  • Məqsəd 1.1: Mərkəzləşdirilmiş korporativ idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi;
  • Məqsəd 1.2: Səmərəli idarəetmə üçün zəruri proqram təminatlarının tətbiqi;
  • Məqsəd 1.3: Gəmiçilik fəaliyyəti üzrə beynəlxalq sertifikatlaşmanın aparılması və aparıcı beynəlxalq təcrübənin tətbiqi;
  • Məqsəd 1.4: Xərclərin, strukturun və əməliyyatların optimallaşdırılması və səmərəliliyin təmin edilməsi;
  • Məqsəd 1.5: Gəmiçiliyin daha səmərəli fəaliyyət göstərən, səhmdara divident gətirən kommersiya təşkilatına çevrilməsi;
  • Məqsəd 1.6: Fəaliyyətdə şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlərin gücləndirilməsi.

Hədəf 2 – Əməliyyatların təhlükəsiz şəkildə və ətraf mühitə zərər vurmadan aparılması.

  • Məqsəd 2.1: KSƏTƏMM xidmətinin təkmilləşdirilməsi;
  • Məqsəd 2.2: Personala KSƏTƏMM standartlarının tələblərinin öyrədilməsi, onların bu sahədə maarifləndirilməsi;
  • Məqsəd 2.3: Dənizdə və quruda çirklənmənin qarşısının alınması üçün ətraf mühitin mühafizəsinin beynəlxalq ekoloji idarəetmə standartlarının tələblərinə uyğun davamlı təşkili.

Hədəf 3 – Güclü yerli kadrların hazırlanması.

  • Məqsəd 3.1: Güclü yerli dənizçi kadr potensialının hazırlanması və ölkədə dənizçi peşəsinin təbliği;
  • Məqsəd 3.2: Personalın peşəkarlığının davamlı inkişaf etdirilməsi və rifahının yaxşılaşdırılması.

Hədəf 4 – Biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi:

  • Xəzər dənizində yükdaşımalarda aparıcı mövqenin qorunub saxlanılması;
  • Xəzərdən kənarda fəaliyyətin genişləndirilməsi;
  • Ofşor xidmətlərin coğrafiyasının genişləndirilməsi;
  • Kənar müəssisələrə gəmi təmiri xidmətinin həcminin artırılması;
  • Digər biznes fəaliyyətlərinin genişləndirilməsi və gəlirliyinin artırılması.

 

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet