Qurban bayramınız mübarək olsun!

09.08.2019

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının mənəvi birlik, bərabərlik və həmrəylik  rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət, doğma Azərbaycanımızın tərəqqisi, dəniz nəqliyyatının inkişafı naminə çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış mütərəqqi islami dəyərlər ölkəmizdə həmişə uca tutulmuşdur.

Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlıqlarının bərqərar edildiyi müstəqil Azərbaycan Respublikasında Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur.

Fərəhli haldır ki, etiqad azadlığımızın qarantı, tarixi dəyərlərimizin qoruyucusu olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edən respublikamızda bu əziz bayramı da əmin-amanlıq şəraitində, xoş ovqat və böyük sevinclə keçirə bilirik. İnsanların qəlbində şəfqət və mərhəmət duyğularını gücləndirən Qurban bayramında  Uca Yaradana yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayanlar xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını bir daha nümayiş etdirirlər.

Bu gün ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, Odlar Yurdunun tərəqqisi, torpaqlarımızın işğaldan azad olunması, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Əziz həmkarlar!

Qoy bu mübarək bayram günlərində xalqımızın əmin-amanlığı, gənc  dövlətimizin daha da qüdrətlənməsi  naminə etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Uca Tanrı dərgahında qəbul olunsun və Yaradan  mərhəmətini heç zaman xalqımızın və müstəqil Azərbaycanımızın üstündən əskik etməsin.

Qurban bayramınız mübarək olsun!

Rauf VƏLİYEV,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet