“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (mətndə Cəmiyyət) KSƏTƏMM siyasəti – Cəmiyyətin işçiləri, müştəriləri və podratçıları üçün, ətraf mühitin mühafizəsi də daxil olmaqla, sağlam və təhlükəsiz şəraitin yaradılmasına yönəlmişdir.

Cəmiyyətin məqsədi –  ümumilikdə dənizdə təhlükəsiz iş təcrübələrindən bəhrələnərək, personalın sağlamlığını, ətraf mühitin mühafizəsini təmin etmək, sahil və dənizdə çalışan işçilərin təcrübə, səriştə və bacarıqlarını daim inkişaf  etdirməklə ən yüksək idarəetmə standartlarına nail olmaqdır.

Cəmiyyətin KSƏTƏMM siyasəti  üzrə öhdəlikləri – sağlam və təhlükəsiz iş təcrübələrindən  bəhrələnərək,  sağlam və təhlükəsiz iş mühitini təmin etmək, dənizdə və limanlarda çirklənmənin qarşısını almaq, bütün müəyyən edilmiş risklərə qarşı ehtiyat və hazırlıq tədbirlərini həyata keçirmək, audit və yoxlamaların nəticələrini qiymətləndirmək, qeyri-uyğunluqların səbəbini təhlil etmək və aparılan təshihlərin effektivliyini qiymətləndirməkdir.

Cəmiyyətin öhdəliyi – daha cox müştəri cəlb etmək məqsədilə xidmətlər çeşidini  genişləndirmək və təbliğ etməkdən, habelə  İnteqrasiya olunmuş Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ekoloji İdarəretmə Sistemini daim inkişaf etdirməkdən  və  onun effektivliyini təmin etməkdən  ibarətdir.

Bu Siyasət, Cəmiyyətin inkişaf strategiyasına və Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olmalı və aidiyyəti məqsədlərin icra səviyyəsi  nəzərə  alınmaqla, vaxtaşırı yenilənməlidir. Bu sistemin effektiv olması üçün Cəmiyyətin bütün sahil/dəniz  işçilərinin  məlumatlandırılması,  fəal  iştirakı  və  fikir mübadiləsinin aparılması vacibdir.

ISO 9001:2015 Keyfiyyətin İdarə olunması Standartı, OHSAS 18001:2007 Peşə Təhlükəsizliyi və Əməyin  Mühafizəsinin İdarə olunması  Standartı və İSO 14001:2015 Ekoloji İdarəetmə Standartlarının, habelə İMO-nun İSM kod BDT-nin “Gəmilərin Təhlükəsiz Hərəkəti və Çirklənməyə qarşı İSM Məcəlləsi”nin tələblərinə cavab verən  İnteqrasiya olunmuş Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ekoloji İdarəetmə Sistemindən istifadə etməklə, yüksəkkeyfiyyətli əmək, sağlamlıq və təhlükəsizlik standartlarına    nail olmaq mümkün olacaqdır.

Əməliyyatlar, Dənizdə Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi haqqında Qaydalara, Əməyin Mühafizəsinin İdarə olunması Standartlarına  (OH&S),  Cəmiyyətin Nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən aparılacaq. İnteqrasiya olunmuş İdarəetmə Sistemi normal əməliyyatlarda qərarvermə proseslərini və riskləri, o cümlədən, ekoloji aspektləri  idarə etməyə, onlara nəzarət etməyə və işin icrası zamanı müvafiq standartlara riayət olunduğunu təsdiqləməyə imkan verəcək. Bütün işçilər  bu  Siyasətə və “TKİS” “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi” Prosedurlara mütləq riayət  etməlidirlər.

Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Siyasət və Məqsədlər Cəmiyyətin hər bir işçisi tərəfindən dəstəklənir və məsuliyyətidir. Bu Siyasət Cəmiyyət daxilində hamının diqqətinə çatdırılır, maraqlı kənar tərəflər üçün açıqdır. Cəmiyyət üçün əldə oluna biləcək səviyyədədir və daim aktuallaşdırılacağı  nəzərdə  tutulur.

 

 

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet