ASCO korrupsiya hallarına qarşı kəskin mövqe nümayiş etdirməklə, baş verə biləcək neqativ halların aşkara çıxarılması, qarşısının vaxtında alınması, qabaqlayıcı tədbirlərin görülməsi və bu işlərə vahid nəzarətin həyata keçirilməsi, həmçinin işçilərlə və cəmiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə  2014-cü il 2 sentyabr tarixli 167 nömrəli əmrlə Korrupsiya ilə mübarizəyə dair Təlimatı (Təlimat) təsdiq etmiş və “Qaynar xətt” əlaqə mərkəzi yaratmışdır. Təlimat korrupsiya ilə əlaqədar hüquqpozmaların, dələduzluq hərəkətlərinin vaxtında aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin korrupsiya ilə mübarizə üzrə fəaliyyətin həyata keçirilməsi, bu sahədə əsas prinsip və tələblərin, habelə işçilərin vəzifə və məsuliyyətinin korrupsiya fəaliyyətinin qarşısının alınması üzrə tədbirlər çərçivəsində müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir. Təlimatın əsas prinsipləri – işəgötürənlə işçi arasında etimadın möhkəmləndirilməsi, vəzifələrin qanunazidd icrasına yol verilməməsi, peşəkar kadrların korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması, ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, bütün maraqlı tərəflərdə, o cümlədən hakimiyyət orqanlarında, ASCO-nun tabeliyində olan qurumlarda, struktur bölmələrdə, işçilərdə və digər şəxslərdə ASCO tərəfindən istənilən növ təzahürdə korrupsiya fəaliyyətinin qəbul edilməməsi haqqında vahid anlayışın yaradılması, ASCO üzrə korrupsiya risklərinin minimuma endirilməsi, fəaliyyətində şəffaflığın artırılması, eləcə də riayət olunacaq başlıca hərəkət qaydalarının və normalarının formalaşdırılmasından ibarətdir. Təlimatda ASCO və işçilər üçün müvafiq vəzifə və hüquqlar müəyyən edilmişdir.

ASCO-nun işgüzar nüfuzunun lazımi səviyyədə dəstəklənməsi, o cümlədən işçilərin davranış etikası, etika normaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı münasibətlərinin tənzimlənməsi məqsədilə ASCO-nun 2015-ci il 30 dekabr tarixli 262 nömrəli əmri ilə Biznes Etikası Məcəlləsi (Məcəllə) təsdiq edilmişdir. Məcəllənin əsas prinsipləri – vahid və dəqiq etika normaları və dəyərlərinin, eləcə də ASCO daxilində və qarşı tərəflərlə, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə peşəkar davranışın prinsiplərinin tətbiq edilməsi, ASCO-da doğruluq, düzlük, etibarlı və qarşılıqlı hörmət mühitinin yaradılması və dəstəklənməsi, ASCO-nun fəaliyyətində şəffaflığın təmini və biznes tərəfdaşlarının, təchizatçıların, müştərilərin, digər qarşı tərəflərin, hakimiyyət orqanlarının və üçüncü tərəflərin qarşısında etibarın artırılması, işçilərin qeyri-etik davranışı və ya obyektiv olaraq qeyri-etik və ya tətbiq edilən qanunvericiliyə zidd hesab olunan davranışla bağlı nüfuzuna dair risklərin azaldılmasından ibarətdir. Məcəlləyə əsasən ASCO-nun rəhbər şəxsləri və işçiləri, o cümlədən tabeliyində olan qurumların işçiləri tutduqları vəzifədən, ASCO ilə və ya tabeliyində olan qurumlarla əmək münasibətlərinin müddətindən asılı olmayaraq, öz vəzifə borclarının yerinə yetirilməsi və ASCO və ya onun tabeliyində olan qurumun adından fəaliyyətin həyata keçirilməsi çərçivəsində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm prinsiplərini və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq hazırkı Məcəllənin müəyyən etdiyi etika normaları və dəyərlərinə əməl etməlidirlər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet