ASCO keçmiş SSRİ qanunvericiliyinə əsasən mənzil növbəsinə götürülən və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin güzəştli şərtlərlə yaşayış sahəsi əldə etməsi məqsədilə, könüllü sosial layihə həyata keçirərək, “Dənizçi” mənzil-tikinti kooperativini (MTK) təsis etmiş, yaşayış kompleksinin tikintisinə başlamışdır. Həmçinin, hüquqi varisi olduğu müəssisələrdə mövcud olmuş növbə siyahısı əsasında ASCO üzrə vahid mənzil növbəsi siyahısı təsdiq etmişdir.

Mənzil növbəsinə götürülən və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin MTK-ya üzv olması və bununla bağlı digər aidiyyəti məsələlərin  tənzimlənməsi məqsədilə ASCO və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “Dənizçi” Mənzil-Tikinti Kooperativinə üzv olma barədə Qaydalar’’ təsdiq edilmişdir. Eyni zamanda, tərkibi ASCO-nun aidiyyəti əməkdaşları, veteran dənizçi, Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi, müstəqil ekspert və hüquqşünasdan ibarət olan Mənzil Məsələləri Komissiyası yaradılmışdır. Komissiya ASCO üzrə mənzil uçotunda durmaqla mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin “Dənizçi” mənzil-tikinti kooperativinə üzvlüyünə namizədliyi məsələsinə, habelə mövcud olan mənzil növbəsi uçotuna yenidən baxılması, üzvlüklə bağlı daxil olan ərizələrə uyğun olaraq sənədlərin araşdırılması və qeyd olunanlarla əlaqədar müvafiq qərarların verilməsi məqsədilə yaradılmışdır. Mənzil əldə etmək hüququ olan şəxslərə güzəşt, onların növbədə durma tarixindən asılı olaraq müəyyən edilir. Qeyd olunan güzəştin – yəni mənzilin dəyərinin ASCO tərəfindən ödəniləcək miqdarı ASCO-nun İdarə Heyətinin qərarı ilə təsdiq edilmişdir.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet