ASCO sədri xanım əməkdaşlarla görüş keçirib

07.03.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı xanım əməkdaşlarla görüş keçirib.

Görüşdə bayram münasibəti ilə xanımları təbrik edən Sədr cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıb və bu gün ASCO-nun sıralarında onlarla cəsarətli xanımın çalışdığını qeyd edib.

Rauf Vəliyev bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gender siyasəti nəticəsində qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb və onlar ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edirlər.

Sədr əlavə edib ki, bu gün bütün dünya Azərbaycanın birinci xanımı , Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, milli dəyərlərimizin və mədəniyyətimizin böyük təbliğatçısı, ümummili problemlərimizin beynəlxalq müstəviyə çıxarılmasında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının nəyə qadir olduğunun bir daha şahidi olur.

Sonda xanımlar diqqətə görə təşəkkürlərini bildiriblər.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet