ASCO-nun “Şüvəlan” təchizat-yedək  gəmisi əsaslı təmir olunub

12.04.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Şüvəlan” təchizat-yedək  gəmisi əsaslı təmir olunub.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

Proses zamanı gəminin baş və köməkçi mühərriklərində cari təmir işləri aparılıb, yağ seperatoru, su-yağ soyuducuları, boru sistemləri, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub, xilasedici qayığın kran-balkasının sınaq işləri həyata keçirilib.

Həmçinin, gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi işlər görülüb.

Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb və gəmi üzrə rəngləmə işləri  yerinə yetirilib.

Təmirdən sonra “Şüvəlan” dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla tamamlanan gəmi yenidən istismara qaytarılıb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet