ASCO əməkdaşları üçün “Kiber Təhlükəsizlik” mövzusunda təlim təşkil olunub

08.05.2019

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün “Kiber Təhlükəsizlik” mövzusunda təlim keçirilib.

“Deloitte Azərbaycan” şirkətinin nümayəndələri – Tural Hacıyev, Aslan İbrahimov və Mələk Qasımovanın apardığı təlimdə kiber təhlükəsizliyin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılara dünya gəmiçilik nəhənglərinin yoluxduğu viruslar, bunun nəticəsində məruz qaldıqları maddi ziyanlardan danışılıb. Bununla belə, həmin hadisələrdən çıxarıla biləcək nəticələr müzakirə olunub.

Son illərdə ən çox yayılmış hücum texnikalarından olan sosial mühəndislikdən danışan təlimçilər onlara qarşı mübarizə aparmağın üsullarından da geniş söz açıblar. Bildirilib ki, sosial mühəndislər özlərini güvənilən şəxs, daxili proseslərdən xəbardar kimi təqdim etməklə işləyirlər.

Təlimdə  kiber təhlükəsizlik istiqamətində daha ciddi tədbirlilik və məlumatlılığın təmini, kiber hazırlığın yüksək səviyyəyə çatdırılması üçün Kiber İdarəetmə və Kiber Strategiyanın əhəmiyyəti də diqqətə çatdırılıb.

İnteraktiv formada təşkil olunan təlimdə iştirakçıların mövzu ətrafında fikirləri dinlənilib, sualları cavablandırılıb.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet