ASCO “Dost Xonçası” aksiyasına qoşuldu

12.03.2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşıdan gələn Novruz bayramı ilə əlaqədar  başlatdığı  “DOST Xonçası” kampaniyasına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) olaraq biz də qoşulduq.

Kampaniya çərçivəsində Səbail rayonunda tənha yaşayan 85 yaşlı Nadir Hüseynovun qapısını döydük, dənizçilər adından bayramını təbrik etdik.

Aksiyanı “DOST Xonçası” adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına ötürdük.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi bu nəcib aksiyada əsas məqsəd  tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.

Bu aksiyaya hər qurum və ya hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə facebook səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.

(012) 404 39 00

AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Elektron bilet